Türkiyə millisinin baş məşqçisi Şenol Günəş UEFA-dan şikayətlənib.
Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis DÇ-2022-nin seçmə mərhələsində Norveçlə səfər görüşünün İspaniyanın Malaqa şəhərinə salınmasından narazıdır.
Günəş təqvimin onlar üçün uğursuz olduğunu söyləyib: “Dünya çempionatına vəsiqə qazanmağı çox istəyirik. Amma təqvimimiz çox pisdir. UEFA bizə haqsızlıq etdi. Həm koronavirus pandemiyasına görə, Malaqada oyun keçirilmədi, həm də Norveçlə matçımız ora salındı. Həmin şəhərə getmək bizim üçün çətindir”.
Qeyd edək ki, Türkiyə yığması mayın 27-də Alanyada Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirək.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!