“Yuventus” kapitanı Corcio Kyellini ilə mövsümün sonunda vidalaşmağı planlaşdırır.
Apasport.az saytının məlumatına görə, Turin klubu onun alternativini artıq müəyyənləşdirib.
“Qoca sinyora” veteran müdafiəçinin gedişi ilə yaranacaq boşluğu “Arsenal”ın oyunçusu Qabriellə doldurmaq niyyətindədir. Londonlular 24 yaşlı futbolçusunu satmaq istəmir. Amma Braziliya millisinin üzvü özü komanda dəyişikliyinin əleyhinə deyil. İtalyanlar bu keçid müqabilində yarımmüdafiəçisi Arturu da qarşı tərəfə göndərməyə hazırdır.
Qeyd edək ki, Qabrielin “Arsenal”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”