“Yuventus” Salahı istəyir
03.05.2022 - 12:13
“Liverpul”un hücumçusu Məhəmməd Salah “Yuventus”un transfer siyahısına düşüb.
Apasport.az saytının məlumatına görə, İtaliya nəhəngi misirli forvardı bu yay heyətinə qatmağa qərar verib.
Uğursuz mövsümün ardından hücum xəttini gücləndirməyi planlaşdıran Turin klubu üçün Salahın keçidi prioritetdir. Afrikalı forvard “Liverpul”la anlaşmanı hələ uzatmayıb. Müqaviləsi 2023-cü ildə başa çatacaq futbolçu buna razılıq verməsə, klub rəhbərliyi onu satmağı nəzərdən keçirəcək.
Qeyd edək ki, Salah cari mövsüm Premyer Liqanın 32 oyununda 22 qol vurub.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0