“Yuventus”un braziliyalısı ayrılmaq istəyir
14.05.2022 - 22:51
“Yuventus”un yarımmüdafiəçisi Artur Melo yayda komandasını dəyişmək fikrindədir.
Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçu rəhbərliklə görüşündə Turin klubundan ayrılmaq istədiyini bildirib.
Braziliya millisinin üzvü “qoca sinyora”nın baş məşqçisi Massimiliano Alleqrinin planlarına daxil deyil. Artur qış fasiləsində “Arsenal”a keçə bilərdi. Ancaq londonluların birdəfəlik transfer etmək şərti ilə icarəyə götürmək istəyini italyanlar qəbul etməyiblər.
Qeyd edək ki, Artur bu mövsüm A seriyasında 20 oyun keçirib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0