Valentin Xodukin: “Azərbaycanda işləyən əcnəbi məşqçilər arasında ardıcıl iki il ölkə kubokunun yarımfinala çıxdığımı bilmirdim”
19.03.2008 - 18:12
Valentin Xodukin: “Azərbaycanda işləyən əcnəbi məşqçilər arasında ardıcıl iki il ölkə kubokunun yarımfinala çıxdığımı bilmirdim”
Bakı. Mehman Süleymanov-APA-Sport. “Azərbaycanda işləyən əcnəbi məşqçilər arasında ardıcıl iki il ölkə kubokunun yarımfinala çıxdığımı bilmirdim. Bu xəbər məni ruhlandırdı. Azərbaycan kubokuna yarımfinalına çıxmağa layiq idik”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. “Qarabağ”ı cavab görüşündə 1:0 hesabı ilə məğlub edən ukraynalı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib: “Layiqli qələbə qazandıq. Düzdür, futbolçularımız matçda uşaq səhvləri də buraxdı. Amma bunu nəzərə almasaq, komanda bu gün inamlı təsir bağışladı”.
0