Aslan Kərimov Litva yığmasına qarşı oynamaya bilər
19.03.2008 - 19:09
“Rəqiblə hava mübarizəsindən sonra yerə düşən zamanı bütün ağırlığım topuğumun üzərinə düşdü. Zədələnməyimdə “Şəfa” stadionunun meydançasının sintetik örtüklü olması da öz təsirini göstərdi. Hər halda, bir neçə futbolçumuz bu meydançada xəsarət aldıqdan sonra bir müddətə sıradan çıxıb”. A. Kərimov nə vaxt meydana çıxacağını söyləməkdə çətinlik çəkir: “Hazırda ayağımda ağrılar var. Topuğuma buz qoymuşam. İlkin müayinədən sonra dəqiq bir şey demək olmur. Litva ilə oyuna hazırlıq məqsədilə martın 21-də bir araya gələcəyimiz zamanı millinin düşərgəsinə gedəcəyəm. Oradakı müayinədən sonra durumuma aydınlıq gələcək. Ola bilsin ki, litvalılara qarşı oynamadım. Hər halda, məşq etmədən Vilnüsə yollanmaq istəmirəm. Zədə yoldaşlıq görüşünə hazırlaşmağıma imkan verməsə, yığmanın sıralarında qalmağı məqsədəuyğun saymıram”. Qeyd edək ki, A. Kərimovun həmyaşıdı Mahmud Qurbanov da bu gün “Şəfa”da keçirilən oyunda aldığı xəsarətə görə əvəzlənib. Ancaq “İnter”in 35 yaşlı yarımmüdafiəçisinin zədəsi ciddi olmadığı üçün o, Litva ilə görüşdə milli komandamızın heyətində meydana çıxa biləcək.
0
0