Aslan Kərimovla Emin İmaməliyev Litva yığmasına qarşı oynamayacaqlar
21.03.2008 - 14:18
Aslan Kərimovla Emin İmaməliyev Litva yığmasına qarşı oynamayacaqlar
Bakı. Mehman Süleymanov – “APA-Sport”. Azərbaycan milli komandası martın 26-da Litva yığması ilə yoldaşlıq görüşünə ciddi itkilərlə çıxacaq. “APA-Sport”un məlumatına görə, milli komandamızın baş məşqçi əvəzi Nazim Süleymanov Vilnüs şəhərində keçiriləcək matçda “Qarabağ” və “İnter”in kapitanı Aslan Kərimovla Emin İmaməliyevin xidmətindən yararlana bilməyəcək. 35 yaşlı müdafiəçi A. Kərimovla 28 yaşlı yarımmüdafiəçi E. İmaməliyev zədə səbəbindən heyətdən kənarda qalıblar. N. Süleymanov onların əvəzinə heyətə 4 futbolçu cəlb edib: qapıçı Cahangir Həsənzadə (“İnter”), müdafiəçilər Rafael Əmirbəyov (Bakı”), Elnur Allahverdiyev, yarımmüdafiəçi Ramazan Abbasov (hər ikisi “Neftçi”). Bu futbolçular arasında 25 yaşlı E. Allahverdiyev milli komandamızın debütantıdır.
Qeyd edək ki, Azərbaycan yığması Litva ilə oyuna hazırlığa bu gün başlayıb.
0