Türkiyənin məşhur “Qalatasaray” klubu özünə prezident seçir-ÖZƏL REPORTAJ
22.03.2008 - 14:52
“Qalatasaray”ın rəhbərliyi uğrunda iki namizədin yarışdığı qurultayda ilk sözü prezidentliyə namizəd Adnan Polad alıb. Polad deyib: “Əgər mənə səs versəniz, yaxın iki ildə klubun borclarını azaldacaq və Seyrantəpədəki stadionun tikintisini bitirəcəyəm. Futbol klubumuzun Floryadakı məşq bazası bizim üçün çox bahalıdır-yaxın gələcəkdə Böyükçeşmədıki torpağımızda yeni məşq bazası tikəcəyik. Rivadakı torpaqlarımızdan 250 milyon dollar gəlir əldə etməyi düşünürük. Biz satdığımız hər mal və mülkün yerinə yenisini alıb qoyacağıq. Daşınmaz əmlakdan gələn gəliri qətiyyən idman klublarımıza xərcləməyəcəyik.Yaxın vaxtlarda GS TV-ni də kabel sisteminə daxil edəcəyik.
“Qalatasaray”ın borclari tərəfdarlarımızı qorxutmamalıdır, çünki klubumuzun daşınmaz əmlakı, sərvəti və “Qalatasaray” markası bu borclardan qat-qat qiymətlidir. Bizim üçün ən mühüm şey-bu sıxıntılı dönəmdən tək orqanizm şəklində çıxmaqdır’.
Klub prezidentliyinə digər namizəd Nazım Durak isə mövcud idarə heyətini sərt tənqid edib. Nazım Durakın həyatda olan adamları nəzərde tutaraq ‘Klubun pis idare edilmesi Tanrıyarların, Bəyazitlərin (Qalatasarayın keçmiş prezidentləri) sümüklərini sızladır’-deyəndə salonda gülüşmə qopub. Prezidentliyə namizəd Durak klubu çətin vəziyyətdən çıxarmaq üçün şərəf və namus sözü verdiyini deyərək, çıxışını bitirib.
Namizedlerin çıxışından sonra sesvermə başlayıb.

0
0