Azərbaycanın gənclərdən ibarət milli komandası İtaliya ilə qarşılaşacaq
24.03.2008 - 13:42
“APA-Sport” agentliyinin məlumatına görə, son matçını 4 ay əvvəl keçirən olimpiyaçılar İtaliya millisi ilə qarşılaşacaq. Avropa çempionatının seçmə mərhələsində 8-ci oyununu keçirəcək komandamızın rəqibi olan Pyerluici Kaziraqinin yetirmələri hazırda qrupun lideridir. İlk qarşılaşmada italiyalılar Şakir Qəribovun rəhbərlik etdiyi komandamızı 5:0 hesabı ilə məğlub etmişdi. Ümumiyyətlə, təmsilçilərimiz milli komandalar səviyyəsində italiyalılarla 7 matçda qol vura bilməyib: əsas yığma 0:2, 0:4, U-21 0:3, 0:6, 0:5, U-17 isə 0:0 və 0. Qeyd edək ki, P. Kaziraqinin komandası ölkəmizdə ilk məşqini bu gün saat 16.30-da Zabrat qəsəbə stadionunda keçirəcək. Qonaqlar oyun günü - sabah səhər saat 11.00-da “Şəfa” stadionunda da hazırlıq keçəcək.
Gənclər arasında Avropa çempionatı-2009-un seçmə mərhələsi, 1-ci qrup
25 mart, saat 21.00
Azərbaycan – İtaliya
Hakimlər: Pavle Radovanoviç Milos Raduloviç Srdjan Koraç Nikola Dabanoviç(Çernoqoriya)
Bakı. T.Bəhramov adına Respublika stadionu.
Gənclər arasında Avropa çempionatı-2009-un seçmə mərhələsi, 1-ci qrup
25 mart, saat 21.00
Azərbaycan – İtaliya
Hakimlər: Pavle Radovanoviç Milos Raduloviç Srdjan Koraç Nikola Dabanoviç(Çernoqoriya)
Bakı. T.Bəhramov adına Respublika stadionu.
yer | komanda | O | Q | H | M | T | X |
1 | İtaliya | 7 | 6 | 1 | 0 | 17-3 | 19 |
2 | Xorvatiya | 8 | 6 | 0 | 2 | 15-11 | 18 |
3 | Yunanıstan | 7 | 4 | 1 | 2 | 17-11 | 13 |
4 | Albaniya | 7 | 3 | 1 | 3 | 9-8 | 10 |
5 | Farer adaları | 8 | 1 | 0 | 7 | 3-15 | 3 |
6 | Azərbaycan | 7 | 0 | 1 | 6 | 4-17 | 1 |
0
0