Tomas Rajanauskas: “Litvada düşünürlər ki, Azərbaycan futbolunun səviyyəsi aşağıdır”
24.03.2008 - 14:05
Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Litva millisinin sabiq oyunçusu Tomas Rajanauskas deyib. Ölkəmizdə çıxış edən 3 litvalıdan biri olan yarımmüdafiəçi ölkə kubokunun ¼ final mərhələsinin “İnter” - “Qarabağ” matçından sonra vətəninə yollanıb: “Fikrimcə, maraqlı oyun olacaq. Yoldaşlıq görüşü olduğundan nəticə o qədər önəmli deyil”. Litvada güclü qar yağdığını söyləyən yarımmüdafiəçi mart ayında ölkəsində havanın sərt keçdiyini söyləyib. “İnter”in martın 20-də istirahət üçün vətəninə üz tutan legioneri millimizlə oyunlarda Litvanın yeganə qolunun müəllifidir. T .Rajanauskas 10 il əvvəl - Azərbaycan millisi litvalıları 2:1 hesabı ilə məğlub edəndə fərqlənib: “Litvada mövsüm başlamadığından yerli oyunçuların durumu mənə də maraqlıdır. Hər halda, legionerlərdə oyun praktikası problemi olmamalıdır. Bu oyuna çağırılacağımı gözləmirdim, onsuz da çoxdan yığmaya dəvət almıram. Diqqətini kluba yönəltmişəm. Azərbaycana qarşı oyunumu xatırlayıram. Həmin oyun Estoniyadakı turnir çərçivəsində oldu. Yeganə qolu mən vurdum. Bu mənim millidə yeganə qolum deyil. Oyuna baxmağa çalışacağam. Yəqin ki, maraqlı oyun olacaq. Ola bilər ki, Bakıya Azərbaycan yığması ilə qayıdım”. T. Rajanauskas bu matçda millimizin uğur qazanmasını istədiyini gizlətməyib: “Yəqin Litvada düşünürlər ki, Azərbaycan futbolunun səviyyəsi aşağıdır. Lakin bu, belə deyil. Azərbaycan komandası da bunu sübut etməlidir. Millinizin bir neçə oyununu görmüşəm, texnikalı komandanız var”.
0
0