“Neftçi” Premyer Liqada 400-cü oyununu keçirəcək
29.03.2008 - 11:44
“Neftçi” Premyer Liqada 400-cü oyununu keçirəcək
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. Bakının “Neftçi” klubu sabah Azərbaycan Premyer-Liqasında 400-cü oyununu keçirəcək. “APA-Sport” agentliyinin məlumatına görə, flaqman bu günədək milli çempionatda 399 matç keçirib. Yubiley oyununda “Bakı” ilə görüşəcək ukraynalı mütəxəssis Anatoli Demyanenkonun yetirmələri indiyədək 259 qələbə qazanıb, 76 heç-heçə edib və 64 dəfə məğlub olub. Bakılılar vurduğu 826 qolun əvəzində 261-ni buraxıb. Maraqlıdır ki, flaqman Premyer Liqa tarixində özünün 300-cü oyununu da “Bakı” klubuna qarşı keçirib. 2004-cü il sentyabrın 15-də baş tutan həmin görüşdə flaqman 0:2 hesabı ilə məğlub olub. “Neftçi”nin yarımçıq dayandırılan və nəticələri ləğv olunan 2001/02 mövsümündə keçirdiyi oyunlar nəzərə alınmır. Həmçinin, 1992-ci ildə çempionatdan kənarlaşdırılan “Gənclik”lə qarşılaşmalara görə verilən 6 xal da 399 oyuna daxil deyil.
Qeyd edək ki, flaqman “Qarabağ”dan sonra 400 oyun həddinə çatan ikinci komanda olacaq.
0