“Neftçi” biabırçı məğlubiyyətin əvəzini çıxa biləcəkmi?
29.03.2008 - 11:54
“Neftçi” biabırçı məğlubiyyətin əvəzini çıxa biləcəkmi?
Komandaların sabah görüşəcəyi Tofiq Bəhramov adına Respublika stadionunda ötən ilin oktyabrın 20-də keçirilən matç makedoniyalı mütəxəssis Qyoko Hacievskinin çalışdırdığı “Bakı”nın 5:1 hesablı qələbəsi ilə nəticələnib. Bu, “Neftçi”nin milli çempionatlar tarixində, həmçinin ölkə kuboku uğrunda oyunlarda ən böyük hesablı məğlubiyyətidir. Çexiyalı Vlastimil Petrjelanın dövründə bu acınacaqlı yenilgini alan flaqman ukraynalı Anatoli Demyanenko ilə bunun əvəzini çıxmağa çalışacaq.
Premyer Liqanın lideri “Olimpik”i isə debütant “Standard”la növbəti sınaq gözləyir. Əsgər Abdullayevin çalışdırdığı komandanın cari çempionatda xal itirdiyi oyunlardan biri məhz bu klubla görüş olub. İlk dövrədə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilən matç qolsuz heç-heçə (0:0) ilə başa çatıb.
“Qarabağ” “Turan”la cari mövsümdə artıq dördüncü dəfə görüşəcək. Məsələ ondadır ki, komandalar kubokda da münasibətlərini ayırd edib və “Qarabağ” arxada qalan üç oyunun hamısında qələbə qazanıb.

30 mart
“Olimpik” – “Standard”
“Neftçi” – “Bakı”
“Qarabağ” – “Turan”
“Karvan” – “Qəbələ”

Turnir cədvəli

Klub

o

q

h

m

t

x

1

Olimpik

17

13

4

0

23-3

43

2

Neftçi

17

12

3

2

32-14

39

3

İnter

17

10

4

3

30-9

34

4

Xəzər-Lənkəran

17

9

6

2

28-13

33

5

Simurq

17

9

3

5

25-14

30

6

Bakı

17

7

6

4

24-15

27

7

Qəbələ

17

8

0

9

21-21

24

8

Qarabağ

17

6

5

6

17-14

23

9

Karvan

17

6

2

9

14-16

20

10

Masallı

17

5

3

9

19-31

18

11

Standard

17

4

6

7

20-19

18

12

ABN

17

1

6

10

8-29

9

13

Turan

17

2

2

13

10-35

8

14

Gənclərbirliyi

17

2

0

15

12-50

6



Bombardirlər: Branimir Subaşiç (“Neftçi”) – 13, Xaqani Məmmədov (“İnter”), Junivan Suares (Olimpik) - 11.

Qeyd edək ki, XIX tura bu gün keçirilən ABN – “Masallı”, “Simurq” – “İnter” və “Xəzər-Lənkəran” – “Gənclərbirliyi” oyunları ilə start verilir.
0