“Neftçi” – “Bakı” oyununu idarə etmək Babək Quliyevə tapşırılıb
29.03.2008 - 12:54
“Neftçi” – “Bakı” oyununu idarə etmək Babək Quliyevə tapşırılıb
Bakı. Mehman Süleymanov-APA-Sport. Azərbaycan Premyer Liqasının XIX turunun mərkəzi oyununu FİFA hakimi idarə edəcək. “APA-Sport” agentliyinin məlumatına görə, “Neftçi” – “Bakı” matçına beynəlxalq dərəcəli hakim Babək Quliyev təyinat alıb.

30 mart

"Olimpik" - "Standard" (Baş hakim: Anar Niyazov. Hakim-köməkçiləri: Sultan Məmmədov, İqor Şpakovski, Ramiz Əhmədov)

"Neftçi" - "Bakı" (Baş hakim: Babək Quliyev. Hakim-köməkçiləri: İlham Əliyev, Munis Abdullayev, Əfqan Həmzəyev)

"Qarabağ" - "Turan" (Baş hakim: Azad Mütəllimov. Hakim-köməkçiləri: Elşən Durmuşov, Ramiz Əsədov, Əmrah İbrahimov)

"Karvan" - "Qəbələ" (Baş hakim: Vüsal Əliyev. Hakim-köməkçiləri: Elman Musayev, Azad Q.Hüseynov, Samir Hüseynov)

Qeyd edək ki, sabahkı oyunlardan üçü 16:00-da, Az.TV ilə canlı yayımlanacaq “Neftçi” – “Bakı” matçı 18:00-da başlayacaq.
0