Qyoko Hacievski: “Mənim vaxtımda Azərbaycan yığması daha güclü idi”
09.10.2008 - 18:01
Bakı. Mehman Süleymanov - APA-Sport. “Azərbaycan yığmasını Helsinkidə çox çətin sınaq gözləyir. Finlandiya cari seçmə mərhələdə Almaniya ilə oyunda gücünü göstərdi. 3:3 hesabıyla nəticələn həmin matçda almanların hər dəfə hesabda geridə olması çox şeydən xəbər verir”. Bu fikirləri “APA-Sport”a açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Qyoko Hacievski deyib.
Hazırda vətəni Makedoniyada istirahətdə olan 53 yaşlı çalışdırıcı yığmamızın Finlandiya ilə son görüşündə baş məşqçi postunda olub. Bir il öncə Helsinkidə uduzduğumuz (1:2) həmin matçda yaxşı oyunla yadda qalan milli komandamızın çalışdırıcısı finlərin güclənib-güclənmədiyini deməkdə çətinlik çəkib: “Belə baxanda, Finlandiyada yenə həmin tanınan futbolçular çıxış edir. Ancaq Azərbaycan yığmasının heyətində köklü dəyişiklər baş verib. Təcrübəli futbolçuların sayı azalıb, əvəzində gənclər çoxalıb. Onlar arasında elələri var ki, nəinki beynəlxalq, heç Azərbaycan Premyer Liqasında oyun təcrübəsi yoxdur. Yığmanın nəticə qazanması üçün təcrübəli futbolçuları çağırmaq lazımdır. Həmin vaxt millidən kənarlaşdırılan bir sıra təcrübəli futbolçuları geri qaytardım. Zaur Ramazanov, Mahmud Qurbanov, Zaur Tağızadə kimi oyunçular öz sözünü dedi”.
Rəhbərlik etdiyi “Bakı” klubundan milli komandaya futbolçu çağırılmamağını müvəqqəti hal hesab edən Hacievskinin sözlərinə görə, cinah müdafiəçiləri Elvin Əliyevlə Cəmşid Məhərrəmov, habelə, milliləşən nigeriyalı hücumçu Əhməd Ticanini yığmada çıxış etməyə layiqdir.
O, Azərbaycan yığmasının sükanı arxasında olan 62 yaşlı alman həmkarı Berti Foqtsa qarşıdakı oyunla bağlı tövsiyələrini verib: “Əgər komanda sıx müdafiə olunsa, bunun əziyyətini çəkəcək. Çünki Finlandiya yığmasında ucaboylu futbolçular çoxdur və bütün hava ötürmələri təhlükəli olur. Buna görə də rəqibi meydanın mərkəzində qarşılayıb, orta sahədə oynamaq lazımdır. Sözsüz ki, bu mənada braziliyalı yarımmüdafiəçi Fabio Luis Ramimin yeri görünəcək və onun itkisi arzuolunmaz oldu”.
Hacievskinin fikrincə, bir il əvvəllə müqayisədə milli komanda zəifləyib: “Hesab edirəm ki, mənim çalışdırdığı vaxtda yığma hazırkı komandadan daha güclüdür. Həmin matçda xal qazanmağa layiq olduğumuz halda, hakim səhvi buna imkan vermədi. Hər halda, Azərbaycanın Helsinkidən xalla dönəcəyimizə ümidimi itirmirəm”.

0
0