Daniel Syolund: “Azərbaycanla oyundan sonra deyib-güləcəyik”
10.10.2008 - 09:55
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “Azərbaycanla oyun öncəsi yüksək əhval-ruhiyyədəyik. Əla komandamız var və hər futbolçumuzun ustalıq səviyyəsi ilə öyünmək olar”. “APA-Sport”un məlumatına görə, bu sözləri Finlandiya milli komandasının üzvü Daniel Syolund deyib.
İsveçin “Yurqorden” klubunda çıxış edən yarımmüdafiəçi bildirib ki, sabah Azərbaycan yığması ilə oyuna arxayın çıxmayacaqlar. Millidə 16 oyuna 2 qol vuran Syolundun fikrincə, ötən il Bakıda alınan məğlubiyyət bu dəfə finlərin ayıq olmasına səbəbdir: “Yığma oyunçuları bir araya gələndə günümüz çox şən keçir. İnanıram ki, Almaniya ilə matçdan sonra olduğu kimi, şənbə gecəsi də deyib-güləcəyik. Azərbaycanla oyunun çox çətin olacağına əminəm. Bu rəqiblə Avropa çempionatının seçmə mərhələsindəki oyunların nəticələrini də unutmamışıq. Onda səfərdə uduzub, evdə güc-bəla ilə qalib gəldik. Elə həmin oyunlar bu dəfə bizi arxayınlaşmağa qoymur”.

- PSJ Çempionlar Liqasının tarixinə düşdü – İlk 4 oyunda 20 qol!
- “Fənərbaxça”nın yeni baş məşqçisi rəsmən açıqlandı
- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
0
0