Löv Azərbaycana qarşı türk oynada bilər
10.10.2008 - 10:13
Löv Azərbaycana qarşı türk oynada bilər
Bakı. Mehman Süleymanov - APA-Sport. Türkiyə Futbol Federasiyası (TFF) Bremenin “Verder” klubunun yarımmüdafiəçisi Məsut Yezili milli komandanın sıralarına qatmaq istəyir. “APA-Sport”un məlumatına görə, Almaniyanın Helzenkirhen şəhərində türk emiqrantların ailəsində anadan 19 yaşlı futbolçu bu ölkənin gənclər yığmasında bir neçə oyun keçirib. Ancaq bu, Məsutun Türkiyənin əsas yığmasında oynamaq imkanından məhrum etmir.

Belə ki, FİFA-nın reqlamentinə görə, ikili vətəndaşlığa malik futbolçu 21 yaşına qədər hansı milli komandanın şərəfini qorumaqla bağlı seçim etmək hüququna malikdir. Özü də bu zaman oyunçunun ikinci ölkənin yeniyetmə və gənclərdən ibarət yığmasında çıxış etməsi rol oynamır. Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim artıq istedadlı futbolçu ilə əlaqə saxlayaraq, onu TFF-nin qərarını qəbul etməyə çağırıb.

Almaniya yığmasının baş məşqçisi Yoahim Löv da solaxay Məsutla maraqlanır. Əgər o seçimi almanların xeyrinə edərsə, 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində gələn milli komandamızla rəsmi oyunlarda iştirak edəcəyi gözlənilir. Yezil son qərarını yaxın günlərdə elan edəcək.
0