“Asiyanın Maradonası” yığmadan getdi
10.10.2008 - 12:45
“Asiyanın Maradonası” yığmadan getdi
Bakı – APA-Sport. İranın ən güclü futbolçularından sayılan Əli Kərimi yığma karyerasını başa vurub. “APA-Sport”un məlumatına görə, əslən azərbaycanlı olan 30 yaşlı yarımmüdafiəçi bununla bağlı yerli Futbol Federasiyasına məktub göndərib.
“Asiyanın Maradonası” ləqəbi ilə tanınan Kəriminin son qərarının səbəbləri açıqlanmır. Almaniyanın “Bavariya” klubunda legioner həyatı yaşayan futbolçu bu addımla yığmanın azərbaycanlı baş məşqçisi Əli Daeyinin dəvətini rədd edib.
Qeyd edək ki, Kərimi hazırda “Persepolis” klubunun şərəfini qoruyur. Təcrübəli yarımmüdafiəçi İran çempionatında keçirdiyi 3 oyunda 4 qola imza atıb.
0