“Əfsuslar olsun ki, atam Azərbaycan yığmasına dəvət olunmağımı görə bilmədi”
10.10.2008 - 13:21
Bakı. Mehman Süleymanov - APA-Sport. “Madridin “Real” klubunda təlim-məşq toplanışı gələcək karyeram üçün geniş imkanlar yaranıb. Bunun üçün ilk növbədə məşqçilərə və AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm. Bu etimadı millinin şərəfini layiqincə qorumaqla doğrultmağa çalışacağam”. “APA-Sport”un məlumatına görə, bunu ilk dəfə Azərbaycan yığmasına çağırılan Araz Abdullayev deyib.
Milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqtsun diqqətini cəlb edən “Neftçi”nin 17 yaşlı yarımmüdafiəçi dəvətdən Polşada xəbər tutub: “17 yaşlı yığma komandamızın (U-17) Polşada keçirilən Avropa çempionatının seçmə mərhələsində iştirak edirdik. Hansı hisslər keçirdiyimi sözlə ifadə etməkdə hətta indi də çətinlik çəkirəm. Sevindiyim qədər də kövrəldim”.
Araz kövrəlməyini atasının vaxtsız vəfatı ilə əlaqələndirib: “Mənim ən böyük azarkeşim atam idi. Bütün uğurlarıma hamıdan əvvəl o sevinirdi. Məni yaxşı bir futbolçu kimi görmək üçün əlindən gələn köməkliyini əsirgəmirdi. Lakin əfsuslar olsun ki, o, bu günü görə bilmədi. 4 ay bundan əvvəl atam dünyasını dəyişib”.

- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
0
0