“Bakı” - “Olimpik” oyununun hakim-inspektoru bir aylıq cəzalandırılıb
10.10.2008 - 16:31
Bakı. Mehman Süleymanov - APA-Sport. Hakim-inspektor Novil İsmayılov bir ay vəzifəsindən kənarda qalacaq. “APA-Sport”un məlumatına görə, buna səbəb AFFA-nın Hakim-İnspektorlar Komitəsi onu bu müddətə qədər cəzalandırmasıdır. Qurumun çıxardığı qərara əsasən, İsmayılov Azərbaycan Premyer Liqasının son turu çərçivəsində oktyabrın 4-də keçirilən “Bakı” – “Olimpik” oyununda hakimliyin keyfiyyət qiymətini şişirtdiyi üçün bir aylıq hakim-inspektorluqdan kənarlaşdırılıb. O, həmin matça təyinat alan FİFA hakimi Fariz Yusifovun başçılıq etdiyi briqadanın idarəçiliyini 8 balla qiymətləndirib. Yusifovun oyunda buraxdığı ciddi səhvlər ona Premyer Liqada 5 turluq cəza bahasına başa gəldi.
Qeyd edək ki, digər hakim-inspektorlardan Kərim Ağayevə Premyer Liqada (“Qəbələ” – “Bakılı”), Qurban Məmmədova birinci divizionda (“Şahdağ” – “Ədliyyə”), Rafiq Pənahpur (“Qarabağ Veteranları” – “Araz”) ilə Əli Məmmədova (“Araz” - TT) futzal çempionatında vəzifə borcunu yerinə yetirmədiyinə görə xəbərdarlıq elan edilib.

- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
0
0