“Olimpiakos” Volkanla maraqlanır
13.10.2008 - 15:35
Bakı - APA-Sport. Türkiyə yığmasının və “Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəl Yunanıstan çempionu “Olimpiakos”un maraq dairəsinə düşüb. “APA-Sport”un məlumatına görə, yunanıstanlılar yaxın vaxtlarda 27 yaşlı futbolçuya rəsmi təklif göndərməyə hazırlaşırlar.
Volkan hazırda “Olimpiakos”un qapısını qoruyan Antonios Nikopolidisin xələfi qismində nəzərdən keçirilir. Dörd il öncə Yunanıstan milli komandasının heyətində Avropa çempionu tituluna yiyələnmiş Nikopolidis karyerasının qürub çağını yaşayır. 37 yaşlı futbolçu tezliklə butslarını mismardan asacaq.
Afina klubunda Nikopolidisin yerini Volkanın tutacağı inandırıcı görünür. Çünki “Fənərbaxça” ilə müqaviləsinin müddəti 2009-cu ilin yayında başa çatacaq türkiyəli qapıçı legioner həyatı yaşamaq istədiyini dəfələrlə bildirib.
Qeyd edək ki, “Olimpiakos” 5 turdan sonra 13 xalla ölkə çempionatının vahid lideridir. Afina təmsilçisi UEFA kubokunun qrup mərhələsində “Qalatasaray”ın rəqibidir.

- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
- “Vest Hem” baş məşqçisini istefaya göndərdi – RƏSMİ
0
0