Hakan Şükür “Qalatasaray”a qayıtmaq istəyir
14.10.2008 - 14:21
Bakı - APA-Sport. “Qalatasaray”ın çox güclü heyəti var. İstənilən rəqibə rahat qol vururlar. Komanda qarşıdakı günlərdə daha mükəmməl oyun nümayiş etdirəcək”. “APA-Sport”un məlumatına görə, bu sözləri Türkiyə yığmasının və “Qalatasaray” klubunun sabiq üzvü Hakan Şükür söyləyib.
37 yaşlı futbolçu “Qalatasaray”ın hazırkı heyətində yer almaq istədiyini bildirib: “Bu komanda qatıldığı bütün turnirlərdə qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilər. Mən də heyətdə yer almaq istərdim. Belə futbolçuların yanında oynasam, çox qol vuraram”
Hakan “Qalatasaray” rəhbərliyinin klubun bazasında heykəlini ucaltmaq təklifinə də münasibət bildirib: “Mənim belə bir tələbim olmayıb. İdeya rəhbərliyindir. Yerinə yetirmək də onların işidir.

0
0