“Bakı”nın futbolçusu yığmadan ayrıldı
14.10.2008 - 15:27
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bakı” klubunun moldovalı müdafiəçisi Aleksey Savinov problemlə üzləşib. “APA-Sport”un məlumatına görə, 29 yaşlı futbolçu zədə səbəbindən milli komandasının düşərgəsini tərk edib. Çanaq-bud oynağında əzələsini dartan Aleksey yığma ilə birgə Almaniyaya yollanmayıb. Moldovalılar 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lüksemburqla sabahkı oyuna bu ölkədə hazırlaşırlar.
Savinovu Azərbaycan Premyer Liqasında çıxış edən həmyerlisi Sergey Laşenkov əvəzləyəcək. Bakının “Olimpik” klubunda çıxış edən müdafiəçi yığmasına Afinada Yunanıstana böyük hesabla uduzduqları (0:3) oyunda vərəqə limitini aşdığına görə kömək edə bilməyib. Artıq cəza müddəti başa çatan Laşenkov yığma ilə birgə Almaniyada sabahkı oyuna hazırlaşır.

0
0