Lövün yeni futbol qaydaları
14.10.2008 - 16:01
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv yeni təkliflə çıxış edib. “APA-Sport”un məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında futbol qaydalarının dəyişdirilməsini təklif edən 47 yaşlı alman mütəxəssis matç vaxtı ehtiyat oyunçular skamyasında daha çox futbolçunun yer alması istəyini bildirib. Löv bunu hücumçu Kevin Kuranyini yığmanın düşərgəsini özbaşına tərk etməsini şərh edərkən söyləyib. Qaydalara görə, dünya və Avropa çempionatının seçmə mərhələ matçlarında adları protokolda daxil edilən sayda (18) futbolçu ehtiyat oyunçular skamyasında, qalanları isə tribunada yer almalıdır. Rusiya ilə oyunda Almaniyanın 20 futbolçusu olub və adı protokola düşməyən Kuranyi komanda yoldaşı Cermen Counsla birgə görüşü tribunadan izləyərək, hələ ilk hissədən sonra stadionu tərk edib. Baş məşqçi Kevini evə buraxmadıqdan sonra futbolçu belə addım atmağa qərara alıb.
0
0