“Qalatasaray”ı favorit saydılar
14.10.2008 - 16:19
“Qalatasaray”ı favorit saydılar
Bakı. Mehman Süleymanov - APA-Sport. “Fikrimcə, qrupumuzda ən güclü komanda “Qalatasaray”dır. Sonrakı yerlərdə “Benfika”, “Metallist”, “Olimpiakos” və “Herta”nı görürəm”. “APA-Sport”un məlumatına görə, bunu Ukraynanın “Metallist” klubunun serbiyalı legioneri Aleksandr Trişoviç deyib. Bu ildən Xarkov təmsilçisinin şərəfini qoruyan Trişoviç UEFA kubokunda qrupdan çıxacaqlarını düşünür. “Qalatasaray”ı qruplarının aşkar favoriti hesab edən Trişoviç təqvimdən razılığını ifadə edib: “İstərdim ki, qrupumuzda yekun turnir cədvəli sıraladığım kimi olsun. Bərabər səviyyəli komandaların yer aldığı qrupa düşmüşük. Həm evdə, həm səfərdə görüşəcəyimiz rəqiblər normal komandalardır. Hamı ilə oynamaq olar”.
0