“Türklər ikiqat əzmlə oynayacaqlar”
14.10.2008 - 16:38
Bakı - APA-Sport. “Əvvəlki üç oyunda məğlub olmuşuq. Bu şanssızlığı Türkiyə ilə matçda qırmaq istəyirik. Əks-hücumda nəticə qazanmağa çalışacağıq”. “APA-Sport”un məlumatına görə, bu sözləri Estoniya yığmasının baş məşqçisi Tarmo Ruutli söyləyib.
Eston mütəxəssis dünya çempionatının seçmə mərhələsi çərçivəsində sabah Tallində qarşılaşacaqları Türkiyə yığmasının favorit olduğunu bildirib: “Türkiyənin heyətində zədəli futbolçuların olduğundan xəbərdaram. Amma bu, onların gücünə təsir etməyəcək. Meydana çıxanlar özlərini göstərmək üçün ikiqat əzmlə oynayacaqlar”.

0
0