Davala “Qalatasaray” rəhbərliyinə gülür
15.10.2008 - 09:49
Davala “Qalatasaray” rəhbərliyinə gülür
Bakı - APA-Sport. “Galatasaray” rəsmiləri verdikləri açıqlamalarla gülünc vəziyyətə düşdülər”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Qalatasaray”ın sabiq məşqçisi Ümit Davala söyləyib.

Rəhbərlik tərəfindən istefaya göndərilən gənc mütəxəssis bu xəbəri mətbuatdan öyrəndiyini bildirib: “Rəhbərlikdən kimsə mənə işimin öhdəsindən gəlmədiyimi desəydi, təşəkkür edib özüm istefa verərdim. Daha arxada iş çevirməyə nə ehtiyac vardı? Bu hərəkətlər “Qalatasaray” rəhbərliyinə yaraşmadı”.

Qeyd edək ki, vaxtilə “Qalatasaray”ın şərəfini qoruyan Davala cari mövsümün əvvəlində komandanın alman baş məşqçisi Mihael Skibbenin köməkçisi vəzifəsinə təyin olunmuşdu.
0