Fariz Yusifov “Spartak”ın oyununa təyinat aldı
15.10.2008 - 11:18
Fariz Yusifov “Spartak”ın oyununa təyinat aldı
Bakı - APA-Sport. Az öncə Hakimlər Komitəsi tərəfindən 5 oyunluq cəzaya məruz qalan FİFA hakimi Fariz Yusifov birinci divizion görüşünə təyinat alıb. “APA-Sport”un məlumatına görə, 36 yaşlı Yusifov oktyabrın 19-da Qubada yerli “Spartak”la Qusarın “Şahdağ” komandası arasındakı oyunu idarə edəcək. Şimal derbisində FİFA hakiminə İqor Şpakovski, Akif Adıgözəlov və Tağı Məmmədov yardımçı olacaq.
Üç oyunluq Premyer Liqa oyunundan kənarlaşdırılan Anar Salmanov isə “Qafqaz Universiteti” – “Ədliyyə” matçına təyinat alıb.


0