Səkkiz futbolçu həlak oldu
15.10.2008 - 12:11
Bakı. Mehman Süleymanov - APA-Sport. Perunun ikinci liqa təmsilçisi olan “San-Kayetano” klubu faciə ilə üzləşib. Səfərdə 0:10 hesablı ağır məğlubiyyətdən sonra futbolçuları evə qaytaran avtobus uçuruma yuvarlanıb. “APA-Sport”un Peru mətbuatına istinadən məlumatına görə, avtobus quldurların hücumuna məruz qalıb. Onlar avtobusun sürücüsünü sükanı tərk etməyə məcbur ediblər. Bunun nəticəsində yoldan çıxan avtobus 200 m hündürlükdən uçuruma düşüb. Nəticədə 8 futbolçu həlak olub, 22 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
0
0