Kakanın ayaq izləri
15.10.2008 - 12:44
Kakanın ayaq izləri
Bakı. Mehman Süleymanov - APA-Sport. Braziliyalı Kaka özünəməxsus addım atıb. “APA-Sport”un məlumatına görə, İtaliyanın “Milan” klubunun braziliyalı yarımmüdafiəçisi Rio-de-Janeyro şəhərində ayağının izini qoyub. O, bunu dünyanın ən böyük stadionu olan “Marakana”nın qarşısındakı Şöhrət bağında edib. Ötən il dünyanın və Avropanın ən yaxşı futbolçusu seçilən Kaka hərəkətinə görə qürur hissi keçirir: “Ayağımın izinin ölkənin baş arenasının qarşısında həmişəlik həkk olunacağına görə çox fəxr edirəm. Bu, mənim üçün böyük şərəfdir”.
Qeyd edək ki, indiyədək “Marakana”da ayağının izini Kakanın məşhur həmyerlilərindən Pele, Ziko, Romario, Dunqa, Zaqallo ilə yanaşı, alman dünya çempionu Frants Bekkenbauer qoyub.
0