“Barselona” Azərbaycanda pul qazanır
15.10.2008 - 13:42
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İspaniyanın məşhur “Barselona” klubu Azərbaycana gələ bilər. “APA-Sport”un məlumatına görə, Kataloniya təmsilçisi Rusiya və digər postsovet məkanı ölkələrinə səfərlər hesabına büdcəsini zənginləşdirmək istəyir.
Klubun vitse-prezidenti Joan Bua Şərqi Avropa bazarını ələ keçirmək üçün bu zonada yoldaşlıq oyunları keçirməyi planlaşdırdıqlarını açıqlayıb: “Biz neft və qazla zəngin, iqtisadiyyatı inkişaf etmiş ölkələr haqda çox düşünmüşük. Bu ölkələrdə futbol əyləncənin ən vacib növlərindəndir. “Barselona” geyimlərinin bu ölkələrdə satış həcminin artması bizim diqqətimizdən yayınmır. Azərbaycanda bu artım 1,7 faiz təşkil edib”.
AFFA-nın baş katibi Elxan Məmmədov “APA-Sport”a açıqlamasında “Barselona” ilə milli komanda arasında yoldaşlıq görüşünün keçirilməsi barədə hər hansı danışığın olmadığını bildirib. Eyni zamanda, ölkənin aparıcı klublarının rəsmiləri də katalonlarla danışıqlar aparmadığını qeyd ediblər.

0
0