Domenek postunda qaldı
15.10.2008 - 14:57
Domenek postunda qaldı
Bakı. Mehman Süleymanov - APA-Sport. Raymon Domenek Fransa yığmasının baş məşqçi postunda fəaliyyətini davam etdirəcək. “APA-Sport”un məlumatına görə, ölkənin futbol federasiyasının bu gün keçirdiyi iclasında belə qərar qəbul olunub. Domenekə yığmaya 2010-cu ilin yayına, yəni müqaviləsinin müddətinin başa çatmasına qədər rəhbərlik etmək etibar olunub.
Domenek son 4 ildə çalışdırdığı Fransa millisinə dünya çempionatının gümüş mükafatını qazandırıb. Son Avropa çempionatında qrup sonuncusu olan yığma cari seçmə mərhələdə də uğursuz çıxış edir. Fransa Domenekin rəhbərliyi dünən üz meydanında keçirdiyi yoldaşlıq görüşündə Tunis yığmasına 3:1 hesabı ilə qalib gəlib.
0