Davala Skibbenin postunu tuta bilərmiş
15.10.2008 - 15:20
Davala Skibbenin postunu tuta bilərmiş
Bakı - APA-Sport. “Skibbe ilə yolumuza davam edəcəyik. Ayrılmaq istəsəydik, bunu dərhal edərdik. Çünki Skibbenin yüksək təzminatı da yoxdur. Mətbuat bu məsələni fərqli istiqamətlərə yozmasın”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Qalatasaray”ın prezidenti Adnan Polat söyləyib.

Türkiyənin ən titullu klubunun rəhbəri baş məşqçi Mihael Skibbeyə inandıqlarını desə də, onun istefaya göndərilən köməkçilərindən narazı qaldığını vurğulayıb: “Skibbeyə bundan sonra da dəstək verəcəyik. Onun köməkçisi Ümit Davala ilə bağlı xüsusi planımız vardı. Ümiti 2-3 il sonra baş məşqçi vəzifəsinə gətirmək istəyirdik. Amma o, işinə məsuliyyətsiz yanaşdı. Digər köməkçi məşqçi Edvin Boekamp da həmçinin”.
0