Azərbaycanda oynamış futbolçu “Mançester Yunated”də!
15.10.2008 - 15:37
Azərbaycanda oynamış futbolçu “Mançester Yunated”də!
Bakı. Mehman Süleymanov - APA-Sport. Çempionlar Liqasında Bakının “İnter” klubuna qarşı oynamış futbolçu “Mançester Yunayted”ə baxışa yollanıb. “APA-Sport”un məlumatına görə, Belqrad “Partizan”ında çıxış edən 17 yaşlı sağ cinah yarımmüdafiəçisi Adem Lyayiç Serbiyada ən istedadlı gənc futbolçulardan sayılır. O, cari mövsümdə ÇL-də “İnter” və “Fənərbaxça” ilə oyunlardan sonra “balaca Kaka” ləqəbi adını alıb. Adem komandasının UEFA kubokunda qrup mərhələsi vəsiqə qazanmasına yardımçı olub.
Qeyd edək ki, Lyayiç həm Bakıdakı (1:1), həm də Belqraddakı (2:0) oyunda iştirak edib.





0