“Futbol aləmində Azərbaycan kimdir ki?”
15.10.2008 - 16:42
“Futbol aləmində Azərbaycan kimdir ki?”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Gənclər yığmasının Avropa çempionatına vəsiqə qazanmasından sonra ürəklənən belaruslular indi də Azərbaycan futbolunun “bostanına daş atıb”. “APA-Sport”un məlumatına görə, Türkiyəni məğlub etməklə “şirə dönən” slavyanlar indi də əsas komandanın İngiltərəni dayandırmasını arzulayırlar. Millidən uğur gözləyən mətbuat isə 2004-cü ildə ingilislərin Bakı səfərini xatırlayıb: “İngiltərə yığması artıq 15 ildir ki, payızda keçirdiyi səfər oyunlarında çətinlik yaşayır. Britaniyalılar Xorvatiya və Qazaxıstanla bu ilki matçlarda qələbə qazansa da, bunlar istisnadır. Hollandiya və Norveçdə iki, Şimali İrlandiyada bir top fərqi ilə uduzan ingilislər Polşa, Avstriya, İtaliya, Finlandiya ilə qarşılaşmalarda bir xala sevinib. Düzdür, komandanın əzab-əziyyətli, göz oxşamayan qələbələri də olub. Hamısında da rəqibimiz bir qol vurmaqla üç xal qazanıb. Amma rəqiblər də o səviyyədə olmayıb. Axı futbol aləmində Azərbaycan, Makedoniya və Uels kimdir ki?”

Qeyd edək ki, bu gün Belarusla qarşılaşan ingilislər 2004-cü il oktyabrın 13-də Maykl Ouenin fasiləyə az qalmış vurduğu bir qolla Bakıdan qələbə ilə dönmüşdü.


0