Əmrə “Arsenal”la oyunu buraxacaq
15.10.2008 - 18:13
Bakı - APA-Sport. Türkiyə yığmasının və “Fənərbaxça” klubunun üzvü Əmrə Bələzoğlu ən yaxşı halda noyabrın əvvəlində meydana çıxa biləcək. “APA-Sport”un məlumatına görə, buna 28 yaşlı yarımmüdafiəçinin zədəsini sağalda bilməməsi səbəb olub.
Türkiyə yığmasının son iki oyununu buraxan Əmrənin Çempionlar Liqasında iştirakı da sual altındadır. Belə ki, o, turnirin 3-cü turu çərçivəsində doğma meydanda qrup lideri, İngiltərənin “Arsenal” klubuna qarşı oyunda iştirak edə bilməyəcək. Bu görüşdə komandanın müdafiəçisi Gökhan Gönülün oynamaq ehtimalı da çox azdır.

0
0