Azərbaycan yığması Bəhreyni 10 nəfərlə üstələdi
15.10.2008 - 21:55
Bakı. Aqşin Əliyev – APA-Sport. Futbol üzrə Azərbaycan milli komandası bu gün Manamada Bəhreynlə yoldaşlıq görüşü keçirib. “APA-Sport”un məlumatına görə, yığmamız əzmkar qələbə qazanıb. Oyunun gedişində məğlub duruma düşən Berti Foqtsun komandası sonradan 2 qol vuraraq, meydan sahiblərinə qalib gəlib.
Matçda hesabı 23-cü dəqiqədə bəhreynli Rəşid Camal-Salem açıb. İlk hissənin sonlarında yığmamız daha bir zərbə alıb. Belə ki, ikinci sarı vərəqə ilə cəzalandırılan Rail Məlikov komandamızı azlıqda qoyub. Ancaq ruhdan düşməyən futbolçularımız cəmi bir neçə saniyədən sonra Zeynal Zeynalovun qolu sayəsində hesab bərabərləşdiriblər.
Fasilədə 2 dəyişiklik edən Foqtsun əvəzləmələri tezliklə nəticəsini verib. Meydana ikinci hissədə daxil olan Elvin Məmmədov 60-cı dəqiqədə topu tora qovuşdurub - 2:1. Qalan vaxtda milli komandamız qələbə hesabını qorumağı bacarıb. Beləliklə, Berti Foqts Azərbaycan yığmasının baş məşqçisi postunda ikinci qələbəsini qazanıb. Onun rəhbərlik etdiyi kollektiv iyunun 4-də səfərdə Andorranı üstələyib (2:1).

0
0