Federasiya prezidenti: “Top bizi sevmədi”
16.10.2008 - 10:54
Bakı - APA-Sport. “Hələ görüşdən öncə Estoniya ilə matçın asan olmayacağını söyləmişdim və belə də oldu. Bəxtimiz gətirmədi, top bizi sevmədi. Çoxlu real qol şansı qaçırdıq. Əgər bunlardan birini reallaşdıra bilsəydik, tam fərqli nəticə qeydə alınacaqdı”. “APA-Sport”un məlumatına görə, bu sözləri Türkiyə Futbol Federasiyasının prezidenti Mahmut Özgener deyib.
Dünya çempionatının seçmə qrup mərhələsində Tallində keçirilən qarşılaşmada Estoniyanın müqavimətini qıra bilməyən (0:0) “ay-ulduzlular” Özgeneri məyus edib. Federasiya rəhbəri xüsusilə, İspaniya yığması ilə xal fərqinin artmasından narahatlığını büruzə verib: “Önəmli oyunçularımız forma geyinsəydilər, qələbə qazanardıq. Heyətdəki zədəliləri bəhanə gətirmirəm. Hər halda, bu komanda ötən həftə Bosniya və Herseqovinanı üstələyib. Təəssüf ki, səfərdən qalibiyyətlə dönə bilmədiyimizdən İspaniya ilə xal fərqi yüksəldi”.
Onun fikrincə, Estoniyada cəmi 1 xalın qazanılması İspaniya ilə qarşıdakı görüşlərin əhəmiyyətini daha da artırıb: “Gələn il martın 28-də və aprelin 1-də ispaniyalılarla keçirəcəyimiz ardıcıl iki oyunun əhəmiyyəti bir qədər də artdı”. Dörd turdan sonra İspaniya yığması 12 xalla qrupda 1-ci pillədə qərarlaşıb. Liderdən 4 xal geri qalan Fatih Terimin komandası isə 2-ci yeri tutur.

0
0