Zeynalla Elvinin “siftəsi”
16.10.2008 - 11:17
Zeynalla Elvinin “siftəsi”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandasının iki futbolçusu yığmadakı qol hesabını açıb. “APA-Sport”un hesablamalarına görə, Bəhreynlə qarşılaşmada rəqib qapısına yol tapan Zeynal Zeynalovla Elvin Məmmədov indiyədək millinin heyətində qol vurmamışdı. Manamadakı görüşədək yığmanın qollarına cəmi 35 futbolçu imza atmışdı ki, Zeynal və Elvin də adlarını bu siyahıya əlavə etdi. Millinin qol sevinci yaşayan 37 oyunçusu arasında birinci yeri isə Qurban Qurbanov tutur - 14 top. Zaur Tağızadənin hesabında 6, Vidadi Rzayev, Nazim Süleymanov, Fərrux İsmayılov və Branimir Subaşiçin isə 5 qol var.
0