Ramim: “Xəzər-Lənkəran”ı məğlub etmək şansımız yüksəkdir”
21.10.2008 - 17:50
Ramim: “Xəzər-Lənkəran”ı məğlub etmək şansımız yüksəkdir”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bakı” klubunun və Azərbaycan milli komandasının futbolçusu Fabio Luis Ramim noyabrın əvvəllərində yaşıl meydana dönəcək. “APA-Sport”un məlumatına görə, yığmamızın heyətində dünya çempionatının seçmə mərhələsində səfərdə Uelsə qarşı matçda zədələnən 26 yaşlı braziliyalı yarımmüdafiəçi sağalmaq üzrədir.

“İndi özümü yaxşı hiss edirəm. Türkiyənin İstanbul şəhərində diz nahiyəmdə aparılan cərrahiyə əməliyyatı uğurla keçdi. Həkimlər 15-20 günə oynaya biləcəyim haqda rəy veriblər” - deyə Ramim vurğulayıb. O, “Xəzər-Lənkəran”la matçda komandasına kömək edə bilməyəcəyinə üzülsə də, qalib gələcəklərinə inanır: “Hesab edirəm ki, “Xəzər-Lənkəran”la görüşdə bizim qələbə şansımız daha yüksəkdir. Komandada yaxşı ab-hava hökm sürür. "Xəzər-Lənkəran" da iddialı klubdur. Belə komandaya qarşı oynaya bilməyəcəyim üçün təəssüflənirəm”.

Qeyd edək ki, “Xəzər-Lənkəran” ən yaxın izləyicisi, ikinci pillənin sahibi “Bakı”nı 2 xal qabaqlayır.


0