ÇL tarixində ikinci qol yağışı
22.10.2008 - 09:45
ÇL tarixində ikinci qol yağışı
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Çempionlar Liqasının (ÇL) III turunda keçirilən “Vilyarreal” – “Olborq” matçı turnirin tarixinə düşüb. “APA-Sport”un məlumatına görə, İspaniyada meydan sahiblərinin 6:3 hesablı qələbəsi ilə nəticələnən görüş məhsuldarlığı ilə ÇL-in 16 illik tarixində ikinci göstərici olub. Doqquz qolun qeydə alındığı oyun yalnız 5 il əvvəl keçirilən “Monako” – “Deportivo” matçından geri qalıb ki, həmin qarşılaşmada azarkeşlər 11 topa şahid olmuşdu. İspaniyadakı görüş 9 qolun vurulduğu daha iki matçla birlikdə ikinciliyə şərik oldu.

ÇL-in ən məhsuldar oyunları

05.11.2003. “Monako” (Fransa) – “Deportivo” (İspaniya) 8:3
24.10.2000. PSJ (Fransa) – “Rusenborq” (Norveç) 7:2
08.03.2005. “Lion” (Fransa) – “Verder” (Almaniya) 7:2
21.10.2008. “Vilyarreal” (İspaniya) – “Olborq” (Danimarka) 6:3


0