Araqones: “Hələ heç nə bitməyib”
22.10.2008 - 09:52
Araqones: “Hələ heç nə bitməyib”
Bakı - APA-Sport. “Rəqibin əks-hücumlarının qarşısını ala bilmədik. İlk 11 dəqiqədə buraxdığımız 2 qol da planlarımızı alt-üst etdi. Komanda olaraq, daha çox çalışmağımız lazımdır”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Fənərbaxça”nın baş məşqçisi Luis Araqones söyləyib.

İngiltərənin “Arsenal” klubu ilə görüşdə müdafiə xəttində ciddi problemlərin olduğunu etiraf edən ispan mütəxəssis hələ də Çempionlar Liqasının 1/8 finalına yüksəlmək şanslarının olduğunu bildirib: “Beş qol buraxsaq da, 6-7 təhlükəli epizod yaratdıq. Onları dəyərləndirə bilsəydik, nəticə fərqli olacaqdı. Hələ də şansımız var və heç nə bitməyib”.
0