“Çətin günlər yaşayırıq”
22.10.2008 - 10:21
Bakı - APA-Sport. “Doğma meydanda üzləşdiyimiz bu nəticə çox məyusedicidir. Rəqib hesabı açmamışdan əvvəl yaxaladığımız iki fürsəti dəyərləndirə bilsəydik, hər şey başqa cür olacaqdı”. “APA-Sport”un məlumatına görə, bu sözləri İstanbulda İngiltərənin “Arsenal” klubuna məğlubiyyəti (2:5) dəyərləndirən “Fənərbaxça”nın müdafiəçisi Edu Draçena söyləyib.
Braziliyalı legioner komandada ciddi problemlərin olduğunu deməklə yanaşı, bu vəziyyətdən çıxacaqlarına inandığını da vurğulayıb: “Başımızı önə əyməyəcəyik. Çətin günlər yaşayırıq. İstədiyimiz oyunu ortaya qoyub nəticə qazana bilmirik. Amma bu çox çəkməyəcək. Azarkeşlərimizin üzünü yenə güldürəcəyik”.

0
0