Almaniya yığmasında qalmaqal
22.10.2008 - 10:21
Almaniya yığmasında qalmaqal
Bakı. Mehman Süleymanov – APA-Sport. Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsində rəqiblərindən olan Almaniya yığmasında növbəti qalmaqal baş verib. “APA-Sport”un məlumatına görə, Bundestimin 32 yaşlı kapitanı Mihael Ballak baş menecer Oliver Birhoffun ardınca baş məşqçi Yoahim Lövlə münaqişəyə girib. Yığmadakı komanda yoldaşı Tomas Frinqsin müdafiəsinə qalxan Ballak futbolçuya qarşı belə münasibəti yolverilməz sayır: “Əgər siz futbolçuya ehtiyac duymursunuzsa, onda bunu onun üzünə deyin. Milli komanda üçün çox xidmətləri olan insanlara qarşı hörmətlə yanaşmaq lazımdır”.

Löv də öz növbəsində dilini dinc qoymayıb. Kapitanın belə danışmasına təəccüblənən və təəssüflənən baş məşqçi komandada əsas söz sahibi olduğunu bəyan edib: “Ballakın belə fikir bildirməsi məni heyrətləndirdi. Əgər o, mətbuatda məni tənqid etmək üçün belə danışıq tonu seçibsə, çıxılmaz vəziyyət yaradıb. Mən məyus olmuşam”.


0