“Barselona”nın ən uğursuz transferi: Rüştü
22.10.2008 - 10:45
“Barselona”nın ən uğursuz transferi: Rüştü
Bakı. Mehman Süleymanov - APA-Sport. Uzun illər Türkiyə yığmasının əsas qapıçısı olmuş Rüştü Rəcbər “Barselona”nın tarixinə düşüb. “APA-Sport”un məlumatına görə, 35 yaşlı futbolçu Kataloniya təmsilçisinin son 20 ildə ən uğursuz transferlərindən biri hesab olunub. Keçirilən internet sorğuda 50 mindən çox insan iştirak edib. Rüştüyə bu uğursuz seçkidə fransızlar Kristof Düqarri ilə Filipp Kristanval, portuqaliyalı Fabio Rojembak, serb Draqan Çiriç şərik çıxıb. “Barselona”nın ən uğursuz üç futbolçusu isə ispan Santi Eskero, hollandiyalı Vinston Boqarde və argentinalı Maksi Lopes hesab olunub.
Qeyd edək ki, hazırda “Beşiktaş”da çıxış edən Rüştü “Barselona”da 2003/04 mövsümündə cəmi 4 oyun keçirib və qol buraxmayıb.


0