Roberto Karlos danışmağa söz tapmadı
22.10.2008 - 11:51
Roberto Karlos danışmağa söz tapmadı
Bakı - APA-Sport. “Fənərbaxça”nın braziliyalı legioneri Roberto Karlos komandasının Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Arsenal”a böyük hesabla məğlubiyyətinə izah tapmaqda çətinlik çəkib. “APA-Sport”un məlumatına görə, təcrübəli müdafiəçi rəqibin çox güclü olduğunu etiraf edib.

“Gözləmədiyimiz bir hesabla uduzduq. Nə söyləyəcəyimi bilmirəm. Qələbə qazanmağa çalışsaq da, bunu bacarmadıq. Çünki qarşımızda bir ingilis nəhəngi vardı” - deyə Karlos bildirib.

Braziliyalı dünya çempionu yalnız fasilələrlə yaxşı oynadıqlarını vurğulayıb. Ötən mövsümkü uğurlu çıxışlarını xatırlayan Karlos, bu vəziyyətdən çıxmaq üçün yetərli gücə sahib olduqlarını da qeyd edib.


0