Çempionlar Liqasında ilk istefa
22.10.2008 - 16:30
Çempionlar Liqasında ilk istefa
Bakı - APA-Sport. Çempionlar Liqasının qrup mərhələsində ilk məşqçi istefası olub. “APA-Sport”un məlumatına görə, 3-cü turun oyunlarından dərhal sonra Rumıniyanın “Styaua” klubunun baş məşqçisi Marius Leketuş istefa verib. Buna Buxarest təmsilçisinin öz meydanında Fransa “Lion”una 3:5 hesablı məğlubiyyəti səbəb olub.

“Nəticə məni çox məyus etdi. Biz hətta hesabda önə keçsək də, yekunda 1 xal belə qazana bilmədik. Artıq mən komandanın xeyrinə heç nəyi dəyişməyi bacarmıram” – deyə “Lion”la matçın ardından mətbuat konfransı keçirən Leketuş vurğulayıb.

Hələlik “Styaua”nın yeni baş məşqçisinin kimliyi müəyyənləşməyib. Üç turdan sonra rumıniyalılar 1 xalla qrupda axırıncı pillədə qərarlaşıblar.


0