Prezident yatağına futbolçu çağırıb
22.10.2008 - 16:48
Prezident yatağına futbolçu çağırıb
Bakı. Mehman Süleymanov - APA-Sport. Zimbabve futbolunda qalmaqalı baş verib. “APA-Sport”un məlumatına görə, ölkənin milli futbol federasiyasının prezidenti, xanım Henrietta Ruşvayya səlahiyyətlərindən sui-istifadə edərək, milli komandanın futbolçusunu yatağa salmağa çalışıb. Belə ki, o, 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Namibiya yığması ilə səfər matçı öncəsi milli komandalarının braziliyalı baş məşqçisi Joze Klaudineu Valinyusa qalmaqala səbəb olan tapşırıq verib. Bu da braziliyalının döyüşçülərindən birinin onunla gecəni keçirməyə buraxmaqdan ibarət imiş. Həmin döyüşçü isə elə-belə oyunçu yox, “Mançester Siti”də çıxış edən Zimbabve futbolunun ulduzu Bencamin Mvaruvaru olub. Bu haqda məlumatı mətbuata sızdıran anonim mənbə həmçinin bildirib ki, federasiyanın xanım başçısı həmçinin bəzi jurnalistlərə diqqət göstərir və öz nəvazişi ilə onların nəyə göz yummasına nail olur.
Qeyd edək ki, Hentietta Ruşvayya öz namizədliyini parlament seçkilərində irəli sürüb.


0