Milli komandanın sabiq baş məşqçisi həbs olunub
22.10.2008 - 16:50
Bakı. Mehman Süleymanov - APA-Sport. Polşa futbol yığmasının sabiq baş məşqçisi Yanuş Voyçik həbs olunub. “APA-Sport”un məlumatına görə, polis rüşvətxorluqda günahlandırılan təcrübəli məşqçi bu gün Varşavadakı evində saxlayıb.
Polşa futbolunda korrupsiya ilə bağlı araşdırmalar 2005-ci ildən aparılır. Ölkə çempionatında danışılmış oyunların təşkilində 153 nəfər şübhəli bilinir.
Qeyd edək ki, Voyçik Polşa komandasına 1992-ci il Barselona Olimpiadasında gümüş medal qazandırıb. Daha sonra iki il əsas milli komandaya rəhbərlik etmiş mütəxəssis 2005-07-ci illərdə ölkə parlamentində də təmsil olunub.

0
0