Karlos Alberto Torres Azərbaycanı xatırladı
22.10.2008 - 17:29
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Braziliya yığmasının sabiq kapitanı, dünya çempionu Karlos Alberto Torres vaxtilə çalışdırdığı Azərbaycan milli komandasını yada salıb. “APA-Sport”un məlumatına görə, yığmamızın sabiq çalışdırıcısı bu gün vətənində verdiyi müsahibəsində ölkəmiz haqda da danışıb. Milli komandamızı son iş yeri kimi qələmə verən Torres Azərbaycanda ondan narazıların olduğunu etiraf edib: “Məşqçi fəaliyyətimin sonu Azərbaycan yığması ilə bağlı oldu. 2004-05-ci illərdə orada çalışdığım il yarımda çox güc sərf etdim. Hər halda, bu, vaxtımın çoxunu tərcüməçinin yanında keçirdiyimi deyənlərin fikirləşdiyi qədər asan deyildi”.
Braziliyalı bildirib ki, həmin dövrdə məşqçilik fəaliyyətini bəyənməyənlərə əhəmiyyət vermir: “Hər halda, biz ölkəmizdə futbol oynamağı bacaranların olduğunu dünyaya çoxdan sübut etmişik. Mən də bununla fəxr edirəm”.
Son 4 ili kurslarda mühazirələr oxumaq və televiziyada oyun şərh etməklə keçirən Torres öz xarakterini də açıqlayıb. Onun fikrincə, millimizdən ayrılmasına da bu səbəb olub: “Futbolçu kimi, mənim ən dahi xüsusiyyətim daim liderliyi üzərimə götürməyim olub. Komandamızda hansı futbolçuların olmağının da mənə dəxli yox idi. Məşqçi kimi, xarakterimin bu çalarını dəyişmədim. Bu da həmişə, istənilən işimdə mənə kömək edib”.

0
0