Ballak üzr istəməsə, yığmadan qovulacaq
24.10.2008 - 10:45
Bakı. Mehman Süleymanov - APA-Sport. Almaniya yığmasının baş məşqçisi Yoahim Lövlə kapitan Mixael Ballak arasındakı qalmaqal səngimək bilmir. “APA-Sport”un məlumatına görə, bu xoşagəlməz münasibəti üzbəüz söhbətdə aydınlaşdırmağa üstünlük verən baş məşqçi Ballakı Frayburq şəhərinə çağırıb: “Fikrini öyrənmək üçün ona zəng edəcəyəm. Ballak bilməlidir ki, ondan çox məyusam. Torsten Frinqsin tərəfini saxlamaqla bağlı fikirlərini mətbuat vasitəsilə deməsini anlamıram. Mixaelin dedikləri xoşuma gəlmədi üçün ölçü götürəcəyəm. Son qərarım kapitanla üzbəüz söhbətdən asılı olacaq”.
Azərbaycan yığmasının 2010-cu il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Almaniya milli komandasında gərgin vəziyyət artıq ölkənin ali futbol qurumunda da ciddi narahatçılıq yaradıb. Bu məsələdə Lövü haqlı hesab edən Almaniyanın Futbol İttifaqının prezidenti Tsvantsiger Teo onun düzgün yolda olduğunu söyləyib: “Ballakın böyük nüfuzu var və bütün problemlər heç bir səs-küy olmadan həll oluna bilərdi. Başa düşmürəm, bütün bunlar Mixaelin nəyinə lazımdır?”
Teo bəyan edib ki, Ballak dediklərinə görə Lövdən üzr istəməzsə, yığmadan qovulacaq.

0
0